Azərbaycan çempionluğunun taleyi son turda müəyyənləşəcək

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 25-ci turun matçları keçirilib.
"Mediasport" xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Liderlərin hər ikisi qələbə qazandığı üçün çümpionluğun taleyinə son turda aydınlıq gətiriləcək.
Həmçinin, liqadan düşən və pley-off oynayacaq komandalar son həftədə müəyyənləşəcək.
Qeyd edək ki, qarşıdakı turun nəticələrindən asılı olmayaraq, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni vaxtından əvvəl təmin ediblər.
Azərbaycan 2-ci Liqası. 26-cı tur
“Füzuli” – “Şəfa” 0:7
Qollar: A.Yunanov, 17, 38, 44, 50; A.Paşayev, 37; R.Məhərrəmov, 60; C.Bağırov, 79.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASK Arena”
“Şahdağ Qusar” – “Qusar” 3:1
Qollar: S.Qurbanov, 22; X.Sadıxov, 74; K.Mirzəliyev, 90+4 - O.Əlixanov, 12.
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ceyhun Hüseynov
Neftçi Futbol Mərkəzi, (IV meydança)
“Ağdaş” – “Dinamo” 0:2
Qollar: H.Rəhimov, 6; Ə.İsayev, 58.
Qırmızı vərəqə: S.Ağayev, 90+5 ("Ağdaş")
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Kamil Aydınov
Ağdaş şəhər stadionu
“Göygöl” – “Kür-Araz” 4:1
Qollar: K.Əhmədli, 13; S.Fərəci, 19; C.Cavanşirov, 83; E.Rəhimov, 90+2 - E.Məmmədov, 1.
Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Məmmədəli Kərimov, Niyaz Əhmədov
Göygöl OİK stadionu
“Hypers Guba” – “Şimal” 2:1
Qollar: C.İmamverdiyev, 26 - pen; 51 - Ş.Sədiyev, 45.
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Ruslan Məmmədov, Alik Yunusov
Quba OİK stadionu
“Şəki Siti” – “Araz Saatlı” 1:0
Qol: Ə.Tağızadə, 49.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Hacıağa Həsənov
Şəki şəhər stadionu
“Lerik” – “Şəmkir" 1:4
Qollar: Z.Nuruzadə, 52 - V.Cəfərov, 21 - pen; 31, 35; R.Bağırov, 68 - avtoqol.
Hakimlər: Vüqar Həsənli, Rasim Axundov, Hüseyn Əsgərov, Ziya Nəsirov
Lənkəran OİK stadionu