2-ci turun matçları keçirildi: "Şirvan" vahid lider oldu - VİDEO
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2-ci turun görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, tur iki günü əhatə edib.
Ardıcıl ikinci qələbəsini qazanan "Şirvan" vahid lider olub.
Aranlılar Lökbatan səfərində iddialı "Qaradağ-Lökbatan"ı məğlub ediblər.
Azərbaycan 2-ci Liqası. 2-ci tur
7 sentyabr (bazar ertəsi)
“Qaradağ Lökbatan” – “Şirvan” 2:3
Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan OİK stadionu, 16:00
“Ağdaş” – “Şəmkir” 0:1
Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Ağdaş şəhər stadionu, 16:30
8 sentyabr (çərşənbə axşamı)
“Dinamo” – “Zəngəzur” 0:1
Hakimlər: Mehdi Yusifov, Rizvan Süleymanov, Samir Cabbarov, Məleykə Məmmədova
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Novruz Əzimov
Binə qəsəbə stadionu, 16:00
“Marafon” –“Difai” 1:0
Hakimlər: Vaqif Vəliyev, Ruslan Babayev, Cavid Ömərov, Ləman Əmirli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı OİK stadionu, 16:30
“Kür-Araz” – “Şəki” 3:0
Hakimlər: Elçin Abdullayev, Elvin Mədətov, Ağadur Mahmudov, Yasin Cəbizadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Saatlı OİK stadionu, 16:30
“Hypers” – “Ağstafa Gəncləri” 3:0
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bərdə şəhər stadionu, 16:30

