Azərbaycan Dünya Kubokunda 6 idmançı ilə təmsil olunacaq

 Azərbaycan Dünya Kubokunda 6 idmançı ilə təmsil olunacaq

Azərbaycanın idman gimnastları Almaniyanın Kottbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

Aydın Əlizadə, Rəsul Əhmədzadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə gücünü sınayacaq.

Fevralın 19-22-də təşkil olunacaq Dünya Kubokuna 30-dan çox ölkədən gimnastlar qatılacaq.