Bədii gimnastlarımız Braziliyadakı dünya çempionatında yarışacaqlar

Braziliyada bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan mövsümün ən əsas yarışında fərdi proqramda bir gimnast və qrup komandası ilə təmsil olunacaq.
Fərdi yarışda Kamilla Seyidzadə, qrup komandasının heyətində Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova mübarizə aparacaqlar.
Turnir 20-24 avqustda Rio-de-Janeyro şəhərində baş tutacaq.