Azərbaycan gimnastlarından Dünya Kubokunda qızıl medal

 Azərbaycan gimnastlarından Dünya Kubokunda qızıl medal

Azərbaycanın qadınlardan ibarət akrobatika və aerobika gimnastları beynəlxalq yarışlarda uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət akrobatlar Belçikanın Puurs şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıblar.

Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət üçlük isə Slovakiyanın paytaxtı Bratislavada aerobika gimnastikası üzrə beynəlxalq turnirdə bürünc mükafat əldə edib.