Gimnastlarımız beynəlxalq turnirdə ümumilikdə yeddi medal qazandılar

San Marinoda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanı böyüklər yaş kateqoriyası üzrə İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər.
Gimnastlarımız ümumilikdə 7 medal qazanıblar.
Birinci final günündə çoxnövçülük proqramında Azadə Atakişiyeva (93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) bürünc medal əldə ediblər.
İkinci final günündə gimnastlarımız daha 5 medal qazanıblar.
Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında qızıl medal qazanıb.
Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) proqramda qızıl, halqa (24.167 xal) proqramında gümüş medal əldə edib.
Gövhər İbrahimova gürzlərlə (25.567 xal) proqramda bürünc medalın sahibi olub.