Sumqayıt şəhər birinciliyi başa çatdı, qaliblər mükafatlandırıldı

Bədii gimnastika üzrə açıq Sumqayıt şəhər birinciliyinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında çıxış ediblər.
Yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK, Sumqayıt OİK və "Ocaq Sport" klubunun Xırdalan bölməsindən ümumilikdə 30 idmançı iştirak edib.
Kiçiklər
2018-ci il təvəllüdlülər
I və II yerlər - Sumqayıt OİK
III yer - Abşeron OİK
2019-cu il təvəllüdlülər
I, II və III yerlər - "Ocaq Sport" klubunun Xırdalan bölməsi
Balacalar
2015-2017-ci il təvəllüdlülər
I yer - Sumqayıt OİK
II yer -“Ocaq Sport” klubunun Xırdalan bölməsi
III yer - Abşeron OİK
Yeniyetmələr
2012-ci il təvəllüdlülər
I və II yerlər - Abşeron OİK
III yer - Sumqayıt OİK
2013-2014-cü il təvəllüdlülər
I və II yerlər - Abşeron OİK
III yer - Sumqayıt OİK
Gənclər
2010-2011-ci il təvəllüdlülər
I yer - Abşeron OİK
II və III yerlər - Sumqayıt OİK