Azərbaycan klubu Avropa Kuboku ilə 2-ci mərhələdə vidalaşdı

 Azərbaycan klubu Avropa Kuboku ilə 2-ci mərhələdə vidalaşdı

Azərbaycanın kişilərdən ibarət “Kür” komandası Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Mingəçevir təmsilçisi doğma meydanda Macarıstanın “Balatonfyured” klubu ilə qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə başa çatıb - 20:39.

Macarıstanda baş tutmuş ilk dueldə də uduzan (19:42) "Kür" mübarizəni dayandırıb.