Azərbaycan klubu istefaya göndərdiyi məşqçinin pulunu ödədi
"Karvan-Yevlax" klubu sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.
Bu barədə "Mediasport"a Yevlax təmsilçisindən məlumat verilib.
Bildirilib ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər razılıq əldə bilməmişdi:
"Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilib və müqaviləyə xitam verilib.
Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub olaraq bütün öhdəlikləri yerinə yetirmişik".
Qeyd edək ki, "Karvan-Yevlax" ötən ilin noyabrında Azər Həşimovla vidalaşmışdı.
