İngiltərə yığma komandası ardıcıl ikinci dəfə Avropa çempionu oldu

İngiltərə yığma komandası ardıcıl ikinci dəfə Avropa çempionu oldu

İsveçrənin ev sahibliyi etdiyi qadınlar arasında futbol üzrə Avropa çempionatı yekunlaşıb.

"Mediasport" xəbər verir ki, tarixdə 14-cü dəfə təşkil edilən qitə birinciliyinin qalibi növbəti dəfə İngiltərə milli komandası olub.

Finalda İspaniya seçməsini penaltilər seriyasında məğlub edən britaniyalılar ardıcıl ikinci turnirdə zəfər çalıblar.

Bununla İngiltərə futbolçularının tarixdə ikinci çempionluğu rəsmiləşib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb, əlavə vaxtda qapılara qol vurulmayıb.

Xatırladaq ki, 25 gün davam edən AÇ İsveçrənin 10 stadionunda keçirilib. 8 şəhərdə baş tutan yarışlarda 16 milli komanda 4 qrupda mübarizə aparıb.

4 ildən bir keçirilən Avropa çempionatının sonuncu qalibi İngiltərə yığmasıdır.