Yığmamız tarixinin ən böyük hesablı məğlubiyəti ilə üz-üzə qaldı
Azərbaycan qadın futbolçulardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan komandamız Belçika futbolçuları ilə qarşılaşıb.
Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən matç komandamızın tarixinə ən böyük məğlubiyyət kimi düşüb - 0:11.
Yığmamız indiyədək ən böyük hesabla 2024-cü ildə Serbiyaya uduzmuşdu (0:10).
