Azərbaycan klubunun rəhbəri futboldan 6 aylıq uzaqlaşdırıldı

Azərbaycan 2-ci Liqasında yarışan "Sheki City" komandasının rəsmisi Elgün Hüseynov altı ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.
"Mediasport" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəza ilə üzləşib.