"Şirvan"dan daha 4 transfer

"Şirvan"dan daha 4 transfer

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yeni mövsümə hazırlaşan "Şirvan" daha 4 transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, aranlılar Bəxtiyar Soltanov, Mehman Məsimov, Aqşin Paşayev və Cavid Əliyevlə gücləniblər.

Futbolçularla 1 illik müqavilə bağlanıb.

Xatırladaq ki, bölgə klubu daha əvvəl Amil Yunanov və Əmrah Buludu transfer edib.