Azərbaycan Kubokunun finalında oynayacaq klublar məlum oldu
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar məlum olub.
"Mediasport" xəbər verir ki, həlledici dueldə "Sabah" və "Gəncə" qarşılaşacaq.
Qərblilər yarımfinalda "Şəki"dən üstün olublar (97:71).
Son Azərbaycan çempionu isə "Ordu"nu mübarizədən kənarlaşdırıb - 83:66.
Fevralın 22-də Bakı İdman Sarayında baş tutacaq final görüşü saat 17:00-da start götürəcək.
