Azərbaycan yığma komandası Dünya Qadın Seriyasının qalibi oldu

3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin qalibi olub.
"Mediasport" xəbər verir ki, komandamız finalda Latviya seçməsini məğlub edib - 15:12.
Ratomir Deliçin baş məşqçisi olduğu yığma qrup mərhələsində Çexiya (20:12) və Slovakiya (21:8) millilərinə qalib gəlib.
Basketbolçularımız 1/4 finalda Çin (18:12), yarımfinalda isə "CS Rapid" (Rumıniya) komandasından üstün olublar (21:15).