"Neftçi" 11-ci turdan təxirə salınmış oyunda "Sabah"a uduzdu

 "Neftçi" 11-ci turdan təxirə salınmış oyunda "Sabah"a uduzdu

Azərbaycan Basketbol Liqasında 11-ci turdan təxirə salınmış iki oyundan biri baş tutub.

"Mediasport" xəbər verir ki, son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüş "bayquşlar"ın asan qələbəsi ilə yekunlaşıb - 125:89.

Turun NTD - "Gəncə" oyunu sabah reallaşacaq.