ABL-də 1-ci tur: Lənkəran klubu evdə, "Quba" Bakıda sevindi

 ABL-də 1-ci tur: Lənkəran klubu evdə, "Quba" Bakıda sevindi

Azərbaycan Basketbol Liqasında 2025/26 mövsümünün ilk turunun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, tur çərçivəsində daha iki oyun baş tutub.

“Lənkəran” doğma meydanda “Sumqayıt”dan güclü olub - 93:82.

"Quba" isə Bakıda “Sərhədçi”ni məğlub edib - 98:76.

Tura sabah "Ordu" və "Naxçıvan" kollektivlərinin dueli ilə yekun vurulacaq.