Azərbaycan milli komandasına ispaniyalı məşqçi gətirildi
Futbol üzrə Azərbaycan milli komandasına yeni məşqçi gətirilib.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, bu, ispaniyalı Alberto Qarsiya Santamariyadır.
Pireneyli mütəxəssis əsas yığmada fiziki hazırlığa cavabdeh olacaq.
Bir neçə gündür Bakıda millinin təlim-məşq toplanışında iştirak edən ispan düşərgəyə yığmanın baş məşqçisi Ayxan Abbasovun istəyi ilə gətirilib.
Santamariya iki il əvvəl Abbasovla birlikdə "Turan Tovuz"da çalışıb.


