Azərbaycan yığması UEFA İnkişaf Turnirində Gürcüstanı məğlub etdi

 Azərbaycan yığması UEFA İnkişaf Turnirində Gürcüstanı məğlub etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyovda keçirilən UEFA İnkişaf Turnirində növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən matç komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız ilk dueldə Moldovaya 0:1 hesabı ilə uduzub.

Millimizin son qarşılaşması aprelin 19-da Estoniya millisinə qarşı olacaq.