Azərbaycanlı futbolçular üçün cari mövsüm 4-cü baş məşqçi gətirildi

Azərbaycanlı futbolçular üçün cari mövsüm 4-cü baş məşqçi gətirildi

Azərbaycan milli komandalarının futbolçuları - Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.com.az xəbər verir ki, Ankara təmsilçisini Mustafa Dalcı çalışdıracaq.

52 yaşlı mütəxəssislə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, bu, paytaxt klubunun cari mövsüm 4-cü baş məşqçi təyinatıdır.

1-ci Liqada yarışan Ankara komandası mövsümə Cihan Arslanla başlayıb, daha sonra Kenan Kocak və Kemal Özdeşlə əməkdaşlıq edib.

"Ankaragücü" hazırda 23 turdan sonra 30 xalla 14-cü sırada qərarlaşıb.