Azərbaycan millisi Şimali İrlandiya ilə üz-üzə - YENİLƏNİR
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Mediasport" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan komandamız Şimali İrlandiya ilə qarşılaşacaq.
Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv qrupda ilk görüşdə Litva millisinə 0:4 hesabı ilə uduzub.
