Santuşun mətbuat konfransı axşam saatlarında keçiriləcək

Sentyabrın 5-də futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin ilk turu çərçivəsində İslandiya yığmasının qonağı olacaq Azərbaycan milli komandasının oyun öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərinin vaxtları açıqlanıb.
"Mediasport" xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş sentyabrın 4-də - Bakı vaxtilə saat 21:45-də mətbuat konfransında iştirak edəcək.
Komandamızın açıq məşqi 22:30-da reallaşacaq.
İslandiya milli komandasının açıq məşqi həmin gün Bakı vaxtilə saat 15:30-da, baş məşqçilərinin mətbuat konfransı isə 16:45 təşkil olunacaq.
Xatırladaq ki, “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan qarşılaşması Bakı vaxtilə saat 22:45-də başlanacaq.