Ayxan Abbasovun mətbuat konfransının vaxtı dəyişdirildi

Ayxan Abbasovun mətbuat konfransının vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan milli komandası iyunun 5-də Malta ilə yoldaşlıq görüşünə çıxacaq.

"Mediasport" xəbər verir ki, qarşılaşmadan öncə təşkil olunacaq mətbuat konfransının və açıq məşqin başlanma saatında dəyişiklik edilib.

Hər iki tədbir öncədən planlaşdırılan vaxtdan bir saat gec başlanacaq.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

4 iyun

Azərbaycan milli komandası

20:30. Mətbuat konfransı

21:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq