Emreli Almaniya Bundesliqası klubu ilə 3 illik müqavilə bağladı

Emreli Almaniya Bundesliqası klubu ilə 3 illik müqavilə bağladı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını yenidən Almaniyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 28 yaşlı hücumçu "Kayzerslautern" klubu ilə anlaşıb.

Forvard 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Emreli ötən mövsümü liqanın digər iştirakçısı "Nürnberq"də keçirib.