"Sabah mütləq qalib gəlməliyik"

"Sabah mütləq qalib gəlməliyik"

"Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov deyib.

Millinin kapitanı sabah UEFA Millətlər Liqasının D Divizionunda Lixtenşteyn yığması ilə Bakıda keçiriləcək oyunöncəsi mətbuat konfransında danışıb:

"Komandada gərginlik yox, məsuliyyət var. Hamı bilir ki, qalib gəlməliyik.

Əvvəlki rəqiblərə baxanda, məsələn, Fransa ilə matçda bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.