İbrahim Əliyev Fransadakı yarışı bürünc medalla başa vurdu
Azərbaycanlı parabadmintonçu İbrahim Əliyev Fransada keçirilən Beynəlxalq Parabadminton Turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, o, kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mrozla birlikdə bürünc medala yiyələnib.
Onlar qrup mərhələsində braziliyalı rəqibləri - Ramos Santos və Yeli Rodriges üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən rəqiblərinə (Jen-Yu Fang, Gui Yu Pu) məğlub olublar.
Bu nəticə ilə yarımfinala yüksələn cütlük Malayziyanı təmsil edən rəqiblərinə (Mohamed Azri, Cheah Liek Hou) məğlub olaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.


