Cəlal ardıcıl 2-ci oyunda fərqləndi, "Arda" növbəti qələbəsini qazandı
Futbol üzrə Bolqarıstan Yüksək Liqasında 35-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Lokomotiv"i 4 cavabsız qolla üstələyib.
Millimizin müdafiəçisi Plovdiv təmsilçisinin sonuncu - dördüncü qolunun müəllifi olub.
Cəlal 34-cü turun "Botev"lə oyununda dubla imza atmışdı.
"Arda" ölkə çempionatının turnir cədvəlində 7-ci, UEFA Konfrans Liqasına yeganə vəsiqə uğrunda mübarizə aparan dörd komandalıq alt qrupda 3-cü pillədə yer alıb.
