DÇ-2026: Yığmamız İslandiyada darmadağın edildi - YENİLƏNDİ

DÇ-2026: Yığmamız İslandiyada darmadağın edildi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, D qrupunda yer alan yığmamız səfərdə İslandiyanın qonağı olub.

Qarşılaşma komandamızın darmadağını ilə nəticələnib.

Azərbaycanın qrupdakı digər rəqibləri Ukrayna və Fransa yığmalarının görüşünü ikincilər qazanıblar (2:0).

Milimiz 3 gün sonra Bakıda Ukraynanı qəbul edəcək.

DÇ-2026-nın seçmə mərhələsi. 1-ci tur

İslandiya - Azərbaycan 5:0

Qollar: Viktor Palsson, 45+2, İsak Yohannesson, 47, 56, Albert Qudmundson, 67, Daniel Leo Qrettarson, 73.

Baş hakim: Sander van der Eyk

Baş hakimin köməkçiləri: Rens Blümink, Stefan de Qroot

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvollur" stadionu, İslandiya.

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen.

Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen.

Baş məşqçi: Arnar Qunnlauqsson.

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev.

Baş məşqçi: Fernandu Santuş.