Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında yarışacaq

Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında yarışacaq

Stolüstü tennis üzrə milli komandanın 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək.

"Mediasport" xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point” klubundan dəvət alıb.

Həmin idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar.

Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq.

Qeyd edək ki, milli komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.