Avropa birinciliyində 15 medal qazanmış idmançılarla görüş oldu
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə Kosovonun paytaxtı Priştinada keçirilmiş Avropa birinciliyində 15 medal qazanmış komanda üzvlərini qəbul edib.
"Mediasport" xəbər verir ki, görüşdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov, yığmanın məşqçiləri, idmançılar və komandanın həkim heyəti iştirak ediblər.
Kamran Nəbizadə çıxışında qeyd edib ki, Azərbaycanda idmanın inkişafı hər zaman prioritet istiqamətlərdən olub.
O, prezident İlham Əliyev tərəfindən idmançıların, xüsusilə də yeniyetmələrin sağlam mühitdə formalaşmasına böyük həssaslıqla yanaşıldığını bildirib.
Federasiya rəhbəri daha sonra Avropa birinciliyində çıxış edən idmançılara ürək sözlərini çatdırıb.
Sonda Kamran Nəbizadə komanda üzvləri ilə xatirə fotosu çəkdirib.


