Azərbaycan millisi “WTT Feeder Cappadocia” turnirinə qatılacaq

Azərbaycan millisi “WTT Feeder Cappadocia” turnirinə qatılacaq

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçiriləcək “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər.

Stolüstü Tennis Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkəmiz yarışda 10 idmançı ilə təmsil olunacaq.

Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli mübarizə aparacaq.

Bu gün başlanacaq turnir sentyabrın 20-də yekunlaşacaq.