Qadın stolüstü tennisçilərimiz İslamiadada 3-cü yeri tutdu

 Qadın stolüstü tennisçilərimiz İslamiadada 3-cü yeri tutdu

Azərbaycanın qadın stolüstü tennisçilərindən ibarət komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, Zemfira Mikayılova, Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət yığmamız bürünc medal qazanıb.

İslamiada noyabrın 21-də yekunlaşacaq.