ARAF “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatını aldı

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş VII Etnosport Forumu çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Dünya Etnoidman Birliyi (World Ethnosport Confederation) tərəfindən “Dünyanın ən yaxşı ənənəvi idman təşkilatı” mükafatına layiq görülüb.
"Mediasport" xəbər verir ki, mükafat federasiyanın milli-mənəvi irsin qorunması, ənənəvi atçılıq növlərinin inkişafı və beynəlxalq səviyyədə təbliği sahəsindəki töhfələrinə, habelə idman və mədəniyyətin qovşağında dayanan layihələrin uğurla reallaşdırılmasına görə təqdim olunub.
Həmçinin forumda təqdimatlar, müzakirələr və əməkdaşlıq sessiyaları çərçivəsində müxtəlif ölkələr arasında təcrübə mübadiləsi aparılıb, gələcəkdə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilib.