Azərbaycan UEFA-nın reytinq sıralamasında 1 pillə irəlilədi

Azərbaycan UEFA-nın reytinq sıralamasında 1 pillə irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

"Mediasport" xəbər verir ki, bu, "Qarabağ"ın sayəsində reallaşıb.

Qurbna Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Ayntraxt" (Frankfurt) üzərində möhtəşəm qələbə qazanmaqla ölkəmizin aktivinə daha 0.500 xal yazdırıb.

Azərbaycan 22,750 əmsalla 27-ci pillədə qərarlaşıb.

Reytinqə 106,991 xalla İngiltərə başçılıq edir.