PFL “Ayın qolu” layihəsi üzrə mart ayının qaliblərini müəyyənləşdirdi

PFL “Ayın qolu” layihəsi üzrə mart ayının qaliblərini müəyyənləşdirdi

Peşəkar Futbol Liqasının çempionatlar üzrə təşkil etdiyi “Ayın qolu” layihəsində mart ayının qalibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Premyer Liqada ən yaxşı qolun müəllifi "Sabah"ın futbolçusu Tellur Mütəllimov seçilib.

1-ci Liqada qalib "İmişli"dən Pablo Alveş, 2-ci Liqada isə "Lerik"dən Rəvan Quluzadə qalib olub.

Qeyd edək ki, qalibi AFFA-nın nəzdində yaradılmış xüsusi komissiya üzvləri səsvermə ilə seçir.