Fərəcullayevin yeni QƏRARI - Məşqçilər üçün QARA XƏBƏR

Fərəcullayevin yeni QƏRARI - Məşqçilər üçün QARA XƏBƏR

Azərbaycanın aşağ yaş qrupları üzrə milli komandalarının məşqçiləri "Pro" kateqoriyası imtahanlarına başlayıblar.

U-17-nin baş məşqçisi Aqil Nəbiyev, U-18-in məşqçisi Aleksandr Qross və U-19-un məşqçisi Zamir Həsənov bu məqsədlə Slovakiyaya yollanıb.

Birinci modulda mütəxəssislərin vəzifəsi bu ölkədə keçirilən U-21 Avropa çempionatının final mərhələsi matçlarını izləməkdən ibarət olacaq.

Kateqoriya üçün səfərə çıxanlar arasında Fərid Namazov ("İmişli"), Elman Sultanov ("Baku Sportinq"), Rüstəm Məmmədov ("Zaqatala"), Rəşad Abdullayev ("Neftçi"nin əvəzedici komandası), Elnur Çodarov ("Şamaxı" və U-21 millisi), Vaqif Cavadov ("Sumqayıt") və Çudomir Çakarov ("Qarabağ") da var.

Maraqlıdır ki, AFFA bu ildən etibarən "Pro" kateqoriyasına başlamaq üçün tələb olunan məbləğin 50 faizini ödəməkdən imtina edib.

Federasiyadan saytımıza verilən məlumata görə, millilərdə və ya klublarda işləməyindən asılı olmayaraq, "Pro" almaq istəyən məşqçi 4000 min manatı şəxsi büdcəsindən xərcləməlidir.

Qərarın yeni baş katib Cahangir Fərəcullayevin AFFA-ya gəlişindən sonra verildiyi bildirilir.

QEYD: Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Mediasport.com.az