Millil komandaların FİFA reytinqi: Yığmamız mövqeyini qorudu

Futbol üzrə qadınlardan ibarət milli komandaların yeni FİFA reytinqi açıqlanıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması ötən cədvəldəki mövqeyini qoruyub.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv sıralamada 75-ci pillədə qəraraşıb.
Yığmamızın hesabında 1308,45 xal var.
Komandamız hesabat dövründə bir matç keçirib və UEFA Millətlər Liqasında Monteneqro ilə qolsuz bərabərə qalıb.
Reytinqə 2069,06 xalla ABŞ başçılıq edir.