"Neftçi" Türkiyə klubu ilə üz-üzə - Çempionlar Liqasında 1-ci raund

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Fomget" klubu ilə qarşılaşacaq.
Yarımfinal və final mərhələsindən ibarət olacaq raundun görüşləri Albaniyada keçiriləcək.
"Neftçi" "Fomget"i mübarizədən kənarlaşdırsa, avqustun 3-də mini finalda İsrailin "Kiryat" klubu ilə qarşılaşacaq.
Qalib II təsnifat mərhələsinə yüksələcək.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. 4-cü qrup
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç)
Albaniya, Tirana. "House of Football Natural Pitch" stadionu.