"Krasnodar" qəlbimdə yaşayacaq" - Sevincin yeni klubu müəyyənləşdi

"Krasnodar" qəlbimdə yaşayacaq" - Sevincin yeni klubu müəyyənləşdi

Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə Türkiyə klubuna keçib.

"Mediasport" xəbər verir ki, o, "Yüksekova" klubu ilə bir mövsümlük müqavilə imzalayıb.

Yığmamızın üzvü Rusiya klubu "Krasnodar"dan ayrılması haqqında sosial şəbəkə hesabında paylaşım edib:

"Bildiyiniz kimi, 5 ilə yaxındır "Krasnodar"ın oyunçusuyam. Bu gün klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik və buradan ayrıldım. Rəhbərliyə, məşqçilərimə, komanda yoldaşlarıma - bir sözlə, hər kəsə təşəkkür edirəm. "Krasnodar" daim qəlbimdə yaşayacaq. Bu klub karyeramın ən gözəl parçalarından birini təşkil edir. Bu, həmişə belə qalacaq. Əziz "Krasnodar" ailəsi, sevginiz, dəstəyiniz və hörmətiniz üçün çox sağ olun".