0:7 - Azərbaycan millisi Avropa çempionatında darmadağın oldu
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığmamız Uelsdən olan həmkarları ilə qarşılaşıb.
Komandamız Kişinyov şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüşdə darmadağına məruz qalıb - 7:0.
U-17-nin qrupda ikinci dueli oktyabrın 27-də Kosovo yığmasına qarşı olacaq.
