Yığmamızın UEFA İnkişaf Turnirindəki oyunları "FİFA+TV"də

 Yığmamızın UEFA İnkişaf Turnirindəki oyunları "FİFA+TV"də

AFFA ilə FİFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində 16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirindəki oyunları "FİFA+TV" tərəfindən canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, mayın 6-da Azərbaycan – Litva (17:00), 8-də Azərbaycan – Rumıniya (17:00) və 11-də keçiriləcək Azərbaycan – Gürcüstan (12:00) görüşləri platformada birbaşa göstəriləcək.

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.

Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.