Milli komandamızın üzvü Dünya Kubokunda mübarizə aparacaq

  Milli komandamızın üzvü Dünya Kubokunda mübarizə aparacaq

14-17 may tarixlərində Almaniyanın Brandenburq şəhərində kanoe və kayak üzrə Dünya Kubokunun ikinci mərhələsi keçiriləcək.

"Mediasport" xəbər verir ki, turnirdə Azərbaycanı milli komandamızın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Dünya Kuboku 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları üçün reytinq xalları qazandırır.