Azərbaycan klubunun gətirmək istədiyi qapıçı sərhəddə tutuldu

Azərbaycan klubunun gətirmək istədiyi qapıçı sərhəddə tutuldu

Azərbaycana qaçmağa çalışan Ukraynanın gənclər yığmasının sabiq qapıçısı Artur Rudko həbs edilib.

"Mediasport" xəbər verir ki, Kiyev “Dinamo”su və “Şaxtyor”un eks üzvü ölkəsini qeyri-qanuni yolla tərk etmək istədiyi üçün saxlanılıb.

33 yaşlı qolkiper Ukrayna-Moldova sərhəddində "ilişib".

Ukrayna mətbuatında son klubu Odessa təmsilçisi "Çernomoreç" olmuş Rudkonun "Qəbələ" ilə müqavilə bağlamaq üçün Azərbaycana gəlməyə çalışdığı qeyd edilib.