Qurban Qurbanov "Neftçi" ilə derbi haqda: "Ciddi rəqiblə oynayacağıq"

Qurban Qurbanov "Neftçi" ilə derbi haqda: "Ciddi rəqiblə oynayacağıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 31-ci turunun "Neftçi" ilə matçına hazırlıq haqda danışıb.

"Mediasport" xəbər verir ki, mütəxəssis "CBC Sport" kanalına müsahibəsində "Azərbaycan derbisi" öncəsi düşərgədə əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu deyib.

Q.Qurbanovbildirib ki, zədəli futbolçuları yoxdur və hazırlıq yüksək motivasiya ilə davam edir:

“Kimin mikrozədəsi var idisə bərpa olunub. Ümumən vəziyyətimiz pis deyil, oyuna hazırlaşırıq. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. Azarkeşlərin və bütün futbol ictimaiyyətinin maraqla gözlədiyi bir matçdır. “Neftçi” ilə görüşlərimiz həmişə maraqlı keçir. Hər futbolçu bu oyuna böyük motivasiya ilə hazırlaşır”.

Çalışdırıcı aprelin 23-də oynayacaqları Azərbaycan Kubokunun yarımfinal görüşü haqda bunları qeyd edib:

“Çalışırıq ki, finala vəsiqə qazanaq. “Araz Naxçıvan”la ciddi bir oyunumuz olacaq. Düzdür, “Neftçi” ilə görüşdən sonra həmin matça hazırlaşmağa vaxtımız çox qalmır.  Ancaq biz klub olaraq titullarımızın sayını artırmaq istəyirik. Buna görə hazırlığımızı düzgün planlandırmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sabah saat 20:00-da start götürəcək.