Rüfətin komandası adlı-sanlı "Hayduk"u məğlub etdi - VİDEO
 
                                Azərbaycanlı futbolçu Rüfət Abdullazadə Xorvatiya Superliqasında növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, vingerin formasını geyindiyi "Varajdin" 6-cı tur çərçivəsində "Hayduku qəbul edib.
Rüfətin start heyətdə oyuna başladığı qarşılaşma komandasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Həmyerlimiz ikinci hissədə əvəzlənib.
“Varajdin” 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
