Çempionlar Liqası: "Fənərbaxça" və "Kayrat" növbəti mərhələyə çıxdı

Çempionlar Liqası: "Fənərbaxça" və "Kayrat" növbəti mərhələyə çıxdı

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla daha 8 kollektiv 3-cü raunda vəsiqə qazanıb.

Azərbaycan çempionu “Sabah”ın növbəti mərhələdə rəqibi Polşanın "Lex" kollektivi üzərində inanılmaz geridönüş edən "Orhus" (Danimarka) olub.

Türkiyənin yarışda təmsilçisi “Fənərbaxça” Polşada heç-heçə edərək adını 3-cü raunda yazdırıb.

Daha bir türk klubu - Qazaxıstanın "Kayrat" komandası isə "Omoniya"nı mübarizədən kənarlaşdırıb.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları


“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) 1:0 (penaltilərlə 6:5) (ilk oyun 0:1)

“Kauno Jalgiris” (Litva) – “Klaksvik” (Farer adaları) 1:0 (ilk oyun 0:0)

“Lex” (Polşa) – “Orhus” (Danimarka) 0:3 ə.v. - 1:1 (penaltilərlə 3:4) (ilk oyun 4:1)

“Hapoel" Beer-Şeva (İsrail) – “Vikinqur” (İslandiya) 2:0 (ilk oyun 1:2)

“Universitatya" Krayova (Rumıniya) – “Levski" (Bolqarıstan) 2:2 (ilk oyun 0:1)

“Srvena Zvezda” (Serbiya) – “Larne” (Şimali İrlandiya) 5:0 (ilk oyun 4:0)

“Qurnik” (Polşa) – “Fənərbaxça”(Türkiyə) 1:1 (ilk oyun 0:1)

“Slovan” (Slovakiya) – “İberiya” (Gürcüstan) 1:1 (ilk oyun 2:0)