Azərbaycanın bədii gimnastları komanda hesabında 3-cü oldular

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında komanda hesabında bürünc medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyeva yüksək nəticə göstərərək ümumi hesabda üçüncü olublar.
Daha əvvəl A. Atakişiyeva çoxnövçülükdə gümüş mükafata sahib çıxmışdı.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.