Millimiz Avropa çempionatında iştirak üçün Rumıniyaya yola düşdü

 Millimiz Avropa çempionatında iştirak üçün Rumıniyaya yola düşdü

Fudokan karate üzrə Azərbaycan milli komandası Rumıniyanın Sfantu George şəhərində keçiriləcək 28-ci Avropa çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində 11 nəfərlik heyətlə təmsil olunacaq.

Komandaya AKF prezidentinin köməkçisi, fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslubun baş məşqçisi Bəşir Mahmudov rəhbərlik edirlər.