Azərbaycanın FİFA hakimlərinin sayı çoxaldı - YENİ SİYAHI
2026-cı ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısı FİFA tərəfindən təsdiqlənib.
"Mediasport" xəbər verir ki, əvvəlki illərlə müqayisədə təmsilçilərimizin sayı artıb.
Belə ki, beynəlxalq arenada ölkəmizi təmsil edəcək baş hakimlərin siyahısına 1, köməkçi hakimlərin siyahısına 2, VAR hakimlərinin siyahısına 3 nəfər azərbaycanlı hakim əlavə olunub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev yeni FİFA referilərinin siyahıya daxil edilməsi münasibətilə onlarla görüşərək təbrik edib.
Federasiya rəsmisi beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Blekere, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.
Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
FIFA tərəfindən təsdiqlənmiş 2026-cı il üçün referilərimizin siyahısı aşağıdakı kimidir
Referilər (kişilər)
Əliyar Ağayev
Elçin Məsiyev
Kamal Umudlu
Tural Qurbanov (yeni)
Qadınlar
Fəridə Lütfəliyeva
Referi köməkçiləri
Zeynal Zeynalov
Akif Əmirəli
Elşad Abdullayev
Pərvin Talıbov
Namiq Hüseynov
Vüsal Məmmədov
Cəmil Qulliyev (yeni)
Asiman Əzizli (yeni)
Qadınlar
Gülnurə Əkbərzadə
Sevda Nurıyeva
VAR hakimləri
Nicat İsmayıllı (yeni)
İnqilab Məmmədov (yeni)
Fərid Hacıyev (yeni)
Futzal üzrə referilər
Hikmət Qafarlı
Knyaz Əmiraslanov
Əli Cəbrayılov
Çimərlik futbolu üzrə referi
Nail Nağıyev
