Premyer Liqa klubundan ayrılan futbolçu 1-ci Liqada oynayacaq
"Şamaxı"dan ayrılan Ravil Qafarovun yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, cinah oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
20 yaşlı futbolçu “Şahdağ Qusar”a keçib.
"Qəbələ akademiyasının yetirməsi şimallılarla 1 illik müqavilə bağlayıb.
Azərbaycanın U-21 millisinin üzvü son mövsüm Premyer Liqada iki oyunda meydana çıxıb.


